Surxay Məmmədzadə -
24/02/2021
“Şəhidlik zirvəsinə yüksələn, tarix yazan qəhrəmanlarımızın ailələrinə dəstək olmaq hər birimizin mənəvi borcudur” deyən Milli Məclisin deputatı Naqif Həmzəyev şəhid Asəf Maşıyevin ailə üzvləri ilə görüşüb.
Səmimi keçən söhbət zamanı şəhid mayor Asəf Maşıyevlə bağlı ailənin xatirələri dinlənilib, şəhidimizin ailəsinin, Azərbaycan xalqına əmanət qalan üç məktəbli övladının qayğıları ilə maraqlanılıb, problemləri ilə bağlı aidiyyatı orqanlara müraciət ediləcəyi bildirilib.
Sənubər Göyüşqızı -
22/02/2021
Bu barədə ADA Universitetindən məlumat verilib.
GanjaNews -
18/02/2021
“Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Halbuki sovet vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi”. Bunu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra bildirib.
Gülnar Fazilqızı -
17/02/2021
Hər kəsə məlumdur ki, uzun illər Azərbaycanın əzəli və əbədi torpaqlarını işğal altında saxlayan düşmən, bu əraziləri istismar etməlkə yanaşı, orada olan infrastrukturu da dağıdıb. Prezident İlham Əliyev də işğaldan azad olunan ərazilərimizə səfəri zamanı bu yöndə ətraflı məlumat verdib. Dövlət başçısı həm də o ərazilərin tezliklə bərpa olunacağını, Qarabağın cənnətə çevriləcəyini də bəyan edib.
Sənubər Qocayeva -
17/02/2021
Əsgərov Rauf Vaqif oğlu 2 noyabr 1978-ci ildə Gəncə şəhərində doğulub. 44 nömrəli tam orta məktəbdə oxuyub. Azərbaycan Dövlət Aqrar Universitetini bitirib.Vətən müharibəsinin qəhrəmanlarından biri Rauf Əsgərov sağlığında xeyirxahlığı ilə Gəncədə sevilən şəxslərdən olub. O, “Varındır ver, yoxundur götür” xeyriyyə mağazasına daim yardımlar edib.
Sənubər Qocayeva -
16/02/2021
Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib. Onun sözlərinə görə, artıq işğaldan azad edilmiş bölgələrdə vətəndaşlarımızın yüksək səviyyədə yaşayışı üçün təmir-bərpa işlərinə başlanıldı. Qazanılan bu möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi.
GanjaNews -
16/02/2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.
Sənubər Qocayeva -
08/02/2021
Gəncə Dövlət Universitetinin məzunu olan I Qarabağ müharibəsinin şəhidi Nəcəf Verdiyevin ailə üzvləri ilə görüş təşkil keirilib. Görüşdə Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, I Qarabağ müharibəsi şəhidi Nəcəf Verdiyevin qardaşı Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Gəncə təşkilatının sədr müavini Eldar Verdiyev və şəhidin döyüş yolu haqqında kitab qələmə alan Azərbaycan Yazıçılar Birliyinin(AYB) üzvü, “Gəncə qapısı” , “Pirsultan” jurnallarının baş redaktoru olan Ramiz Təmkin iştirak ediblər.
Sənubər Qocayeva -
06/02/2021
Gəncə şəhər sakini Elnarə Tağıyevanın evində olduq. Elnarə xanım yaşadığı evi Şəhid və qazilərimizin xatirəsinə hörmət əlaməti olaraq onların şəxsi əşyalarından ibarət muzeyə çevirib. “Qarabağ İgidləri” adlı muzeydə Şəhidlərin şəxsi əşyalarından ibarət 3 minə yaxın eksponat mövcuddur.
Sənubər Qocayeva -
29/01/2021
Elmir Vidadi oğlu Nəcəfov 21 mart 2002-ci ildə Gəncə şəhərində doğulub. Ümumi orta təhsilini 28 nömrəli tam orta məktəbdə alıb. 1 nömrəli Gəncə peşə liseyində təhsilini davam etdirib. Əsgərliyə getmədən öncə yaxınlarına “ürəyimə damıb ki, şəhid olacağam” deyən Elmir anasına da “şəhid olsam, ağlama, başını dik tut” deyib son görüşündə.