“YAŞAT” Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.
Ümummilli lider Heydər Əliyevin banisi olduğu və milli dövlətçilik ənənələrimizə əsaslanan siyasətin müdrik davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyev daim əzəli torpağımız olan Qarabağın tarixi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səy göstərmişdir. Məhz ölkə rəhbərinin qətiyyətli və düşünülmüş siyasətinin nəticəsidir ki, 44 günlük vətən müharibəsində haqq işimiz zəfər çaldı.
Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində ölkəmiz 44 günlük vətən müharibəsində misli görünməmiş qalibiyyət əldə etmişdir. Hər zaman sosial siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının olduğunu əməli fəaliyyəti və qayğısı ilə sübut etmiş Ali Baş Komandanımızın 8 dekabr 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış “YAŞAT” Fondu dövlətin şəhid və qazi ailələrinə hərtərəfli qayğısı və dəstəyini özündə ehtiva edir.
Bu gün Vətən Müharibəsinin şəhid giziri Elşən Dünyamalıyevin doğum günüdür. Elşən 24-cü doğum gününü cənnətdə, yaxınları isə bu günü onun məzarı başında qeyd edirlər. Onların sözlərinə görə Elşən uşaq vaxtlarından Vətəninə bağlı olub. O, torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Elşən Dünyamalıyev tarixə “4 günlük müharibə” kimi düşən 2016-cı ilin Aprel döyüşlərində də vuruşub.
O, Vətən Müharibəsi başlamazdan bir neçə gün əvvəl belindən əməliyyat olunmuşdu. Yarasının sağalması üçün həkim ona məzuniyyət yazsa da, komandirinin "Sənə güvənirik, Kərim!" - deməsi, onu məzuniyyətdən imtina edib, irəli getməyə ruhlandırır. Bu gün Murovdağ və Kəlbəcər istiqamətində vuruşaraq şəhidlik zirvəsinə ucalan gizir Kərim Məmmədovun doğum günüdür. Şəhid gizirimizi daha yaxından tanıyaq.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Ermənistanın Azərbaycan xalqınının əmlakına qarşı ələ keçirilmiş torpaqlarda ağlasığmaz vandalizm törətdikdən sonra Azərbaycana qarşı hər hansı bir iddia irəli sürmək üçün mənəvi haqqı yoxdur."
Uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu ərazilərdə ağlasığmaz vandallıqlar törədib. Azad edilmiş torpaqlar erməni vəhşiliyinin ən yaxın şahidləridirlər.
Azərbaycanın vətəndaş cəmiyyəti qurumları Ermənistanın minalanmış ərazilərin xərtələrini Azərbaycana verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.
Həsənov Hikmət Fikrət oğlu 15 iyul 1986-cı ildə Gəncə şəhərində doğulub. Gəncə şəhəri 16 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-ci ilin iyun ayından Azərbaycan Ordusunda MAXE, daha sonra kiçik çavuş kimi çalışıb. 27 sentyabr 2020-ci ildə Murovdağda yaralı komandirini xilas etmək istəyərkən qəhrəmancasına şəhid olub. Döyüş yoldaşları deyir ki, Hikmət ürəyindən snayperlə vurulan anda belə əlindəki silahı döyüş yoldaşlarına verib ki, sursatı düşmən əlinə keçməsin.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.