Bazar günü 21 İyul 2019

Gəncədə 'Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının təbliğat konserti baş tutub

GanjaNews - 15/07/2019
EP6A1007

"Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının təbliğat konserti Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil edilib. Konsert proqramında “Bakı-2019” AGOF könüllülərinin ulduz səfirləri: aparıcı və xeyriyyəçi Hacı Nuran, muğam ifaçıları Mirələm Mirələmov və Kamilə Nəbiyeva, habelə “O Səs Türkiyə” yarışmasının finalçısı Leyla Rəhimova iştirak ediblər.

“Sabahın xeyir, Azərbaycan!” bu həftə Gəncədən yayımlanır

Gülnar Fazilqızı - 08/07/2019
66749533 500976823813689 8633033588087980032 N

İctimai TV-nin səhər proqramı olan “Sabahın xeyir, Azərbaycan!” verilişi bu həftə Gəncədən canlı yayımlanır. Verilişin yaradıcı kollektivi bir həftə ərzində Nizami yurdunda olacaq, Gəncənin gəzməli-görməli məkanları, tarixi, mədəniyyəti və mətbəxindən söhbət açacaqlar. Veriliş həftə ərzində şəhərin müxtəlif məkanlarından fərqli qonaqların iştirakı ilə təqdim olucanaq.

Gəncədə Nəsiminin 650 illik yubileyinı həsr edilən sənədli filmin təqdimatı keçirilib

Sənubər Qocayeva - 28/06/2019
65472402 635204953649945 8369397010716950528 N

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən "İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı layihə həyata keçirilir. Layihə çərçivəsində «İKİ ALƏMDƏ VARIM...» adlı, Nəsiminin 11 qəzəlinin peşəkar qiraətçi tərəfindən səsləndirilmiş audio kitabı hazırlanıb.

YARAT Müasir İncəsənət Məkanı təqdim edir: “Yenə o bağ olaydı”

Gülnar Fazilqızı - 27/06/2019
+XB  5725

Gəncədə YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə məşhur italyan rəssamı Mikelancelo Pistoletto və yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” səyyar səgisinin açılışı olub. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, YARAT Müasir İncəsənət Məkanının kurator-direktoru Suad Qarayeva, şəhər ictimaiyyətinin nümayəndələri və başqaları iştirak ediblər.

Gəncə Musiqi Kollecinin tələbələri hesabat konserti veriblər

Gülnar Fazilqızı - 24/06/2019
20190624 130839

Gəncə Musiqi Kollecinin tələbələri hesabat konserti ilə çıxış ediblər. Konsertdə orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən Respublika müsabiqəsinin qalibləri də öz bacarıqlarını sərgiləyiblər. Hesabat konsertində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Gəncə Musiqi Kollecinin direktoru Ruziyyə Rəhimova, müəllim və tələbələr iştirak ediblər.

Gəncədə 15 İyun - Milli Qurtuluş Gününü qeyd olunub

Sənubər Qocayeva - 13/06/2019
+EP6A9208

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 15 İyun Milli Qurtuluş Gününə həsr edilən konsert proqramı keçirilib. Konsert proqramını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki vitse-konsulu Teymuraz Saladze, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimayyətinin nümayəndələri izləyiblər.

Hadisə

Cəmiyyət