Sənubər Qocayeva -
15/04/2021
Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açaraq, qeyd edib ki, 2021-ci il Azərbaycanda Nizami Gəncəvi ili elan olunub. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir səlnaməsində yeni səhifə açmış nadir şəxsiyyətdir.
Sənubər Qocayeva -
13/04/2021
Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzi Kitabxananın Oxu zalında "Bəşəriyyətin bədii inkişaf tarixinin qızıl səhifəsi-Nizami Gəncəvi-880" adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə çıxış edən Mərkəzi Kitabxananın direktoru Elmira Əliyeva Nizami Gəncəvi ili çərçivəsində kitabxanada keçirilən mütəmadi tədbirlər haqqında iştirakçılara məlumat verib.
Gülnar Fazilqızı -
09/04/2021
Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə Nizami ili çərçivəsində Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı ilə tələbə və müəllimlərin “Müdriklik zirvəsi” adlı onlayn görüşü keçirilib. Görüşü açılış sözü ilə açan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Hacıyeva vebinara böyük marağın göstərildiyini, Respublikanın müxtəlif guşələrindən, 15 universitetdən tələbə-müəllim heyətinin qatıldığını vurğulayıb.
Sənubər Qocayeva -
08/04/2021
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə 2021-ci ilin Azərbaycan respublikası prezidenti tərəfindən Nizami Gəncəvi ili elan edilməsi ilə bağlı onlayn konfrans təşkil olunub. Gəncədə fəaliyyət göstərən mədəniyyət və incəsənət işçiləri, tarixçilər, elm adamlarının və parlamentdə Gəncəni təmsil edən millət vəkillərinin iştirakı ilə baş tutan onlayn konfransda Nizami ilində görüləcək işlər müzakirə olunub.
Sənubər Qocayeva -
07/04/2021
Gəncə Dövlət Dram Teatrının səhnələşdirdiyi Nizami Gəncəvinin “Xəmsə” ədəbi-bədii kompazisiyası qardaş Türkiyə Cümhuriyyətində keçirilən “Onlayn Tamaşalar Festivalı”nın proqramına salınıb.
Sənubər Qocayeva -
05/04/2021
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) vəfat edib.
Sənubər Qocayeva -
02/04/2021
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan tədbirdə Baş İdarə rəisi Həmid Nəsirov, "Gəncə Vətən Müharibəsində" kitabının müəllifi Ruhulla Zahidov, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev və Vətən Müharibəsində qəhrəmancasına döyüşən idmançılar iştirak ediblər.
Sənubər Qocayeva -
01/04/2021
Gəncə Regional Mədəniyyət İdarəsində 01.04.2021-ci il tarixində “Gəncə Vətən müharibəsində” adlı kitabın təqdimatı keçirilib. Kitabın müəllifi, Gəncədə yaşayıb-yaradan istedadlı yazıçı-jurnalist Ruhulla Əsgər oğlu Zahidovdur.
Sənubər Qocayeva -
31/03/2021
Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsi və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə ZOOM proqramı vasitəsilə "DAİM YAŞAR ƏDƏBİYYAT" adlı görüş keçirilib.
Sənubər Qocayeva -
30/03/2021
Moldovanın Kişineu şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirə barelyefi qoyulacaq.