Sənubər Qocayeva -
01/03/2021
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “5 mart Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar olaraq şəhərdə veloyürüş baş tutub. Veloyürüş Yol Patrul Xidmətinin və təcili tibbi yardım xüsusi avtonəqliyyatının müşaiyəti ilə Gəncə şəhərinin Heydər Əliyev Park Kompleksindən (Zəfər Tağının qarşısından) Şəhidlər Xiyabanı marşurutu üzrə davam edib.
Sənubər Qocayeva -
22/02/2021
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən atletika idman növü üzrə şəhər birinciliyi təşkil olunmuşdur.
Sənubər Qocayeva -
11/02/2021
"Bilirsiniz ki, pandemiya ilə bağlı stadionlara azarkeş buraxılmır".
Sənubər Qocayeva -
05/02/2021
Görüşdə Gürcüstanın Gəncədəki baş konsulu Nikoloz İaşvili, Gəncə Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Reqbi Federasiyasının idarə heyyətinin üzvü Həmid Nəsirov , Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov, iştirak ediblər. Görüşün əsas məqsədi Azərbaycan və Gürcüstan Reqbi Federasiyaları arasında əməkdaşlıq sazişinin bağlanması olub.
Surxay Məmmədzadə -
29/01/2021
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, “Gəncə” İdman Klubunun İB-nin sədri Elvar Osmanov “Kəpəz” Peşəkar Futbol Klubunu ziyarət ediblər. “Kəpəz”in Azərbaycan Kubokunda “Sabah”a qarşı yarşıda qələbə qazanaraq mərhələ adlaması böyük əks-səda doğurub.
Sənubər Qocayeva -
29/01/2021
"O vaxt iş adamlarının maliyyə imkanları var idi, futbola pul buraxırdılar. Sonra problemlər oldu, əllərini çəkdilər". Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
Gülnar Fazilqızı -
26/01/2021
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Kəpəz Sabahı məğlub edib. Oyun öncəsi yaşanan bir nüans isə hər kəsi duyğulandırıb.Belə ki, görüş başlamazdan öncə "Kəpəz"in kapitanı Əli Səmədov komandanın sadiq azarkeşi, Vətən müharibəsində şəhid olan Əmrah Rəcəbovun hazırladığı formanı nümayiş etdirib. 11 dekabr 2000-ci ildə doğulan Əmrah Gəncədə uşaq evində böyüyüb və 34 nömrəli tam orta məktəbin məzunu olub.
Sənubər Qocayeva -
19/01/2021
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və kollektivi, Baş İdarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirməsi, gənc futbolçu, Vətən müharibəsi iştirakçısı Qəhrəmanov Sərxan Mahmud oğlunu ziyarət ediblər.
Sənubər Qocayeva -
19/01/2021
19 yanvar 2021-ci il tarixində "20 Yanvar - Ümumxalq Hüzn Günü" ilə əlaqədar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və kollektivi, Gənclər Evinin əməkdaşları və şəhərin tələbə gənclər təşkilatlarının nümayəndələri Gəncənin Şəhidlər Xiyabanını ziyarət ediblər.
Sənubər Göyüşqızı -
18/01/2021
Onlayn şahmat turniri Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, "Təhsil" Respublika İdman Mərkəzinin və Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatşılığı reallaşıb. 33-ü qız olmaqla 169 şahmatçının iştirak etdiyi xatirə yarışı isveçrə sistemi ilə 7 turdan ibarət olub. Hər iştirakçıya oyunun sonunadək 3 dəqiqə vaxt verilib.