Şənbə 23 Sentyabr 2017

Gəncə şəhər stadionunun meydançasının yenilənməsi prosesi davam edir

Samirə Səmədova - 21/09/2017
89210

Meydançaya Hollandiya istehsalı olan lolium adlı ikinci toxum növü səpilib. Əkin işlərindən öncə toxumların inkişafını sürətləndirmək üçün xüsusi texniki qurğu vasitəsilə ilə havalandırma prosesi aparılıb. Daha sonra səpinə başlanıb. 8000 kv. metr ərazini əhatə edən sahəyə 300 kq toxum əkilib.

'Kəpəz'in 'Səbail'lə keçirəcəyi oyunun yeri dəyişdiriləcək

Kamilə Seyidli - 19/09/2017
8

Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda "Kəpəz"in "Səbail" komandası ilə keçirəcəyi oyunun yeri dəyişdiriləcək. Gəncə klubunun mətbuat xidmətindən verilən məlumata görə, görüş sentyabrın 23-də Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da təşkil olunacaq.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib

Kamilə Seyidli - 18/09/2017
8

Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib. Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib. Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib.

“Gəncə Marafonu-2017” könüllülərinin “Youth İnt party”si

GanjaNews - 18/09/2017
21433249 1423526944350881 6130993470194819757 N

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, “Gəncə Avropa Gənclər Paytaxtı – 2016″ İctimai Birliyi, “Gələcəyə Körpü” İctimai Birliyi və “Ramada” Plazanın dəstəyi ilə könüllülər üçün ”Youth İnt party” keçirilib. Əyləncəli gecədə üzərində “Gəncə Marafonu-2017” loqotipi olan tort kəsilib.