Çərşənbə günü 18 Sentyabr 2019

AMEA-nın Gəncə Bölməsində tələbələrlə görüş

Gülnar Fazilqızı - 18/09/2019
15687148065880858833 1000x669

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində yüksək bal toplayaraq respublikanın müxtəlif universitetlərinə qəbul olan tələbələrlə görüş keçirilib. Görüşdə bölmənin sədri, akademik Fuad Əliyev gəncləri təbrik edib, əvvəlki illərlə müqayisədə cari ildə qəbul nəticələrinin artdığını və 60 faizə yüksəldiyini söyləyib.

AMEA-nın Gəncə bölməsində Gürcüstanın baş konsulu ilə görüş keçirilib

Sənubər Qocayeva - 13/09/2019
Gurcustan Konsolu AMEAda (3)

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində Gürcüstanın Gəncəyə yeni təyin edilmiş Baş konsulu Nikoloz İaşvili ilə görüş keçirilib. AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev qonağı salamlayaraq Azərbaycanın ikinci sənaye və mədəniyyət mərkəzində konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası Gəncə və Goranboyda kurqanları tədqiq edir

Surxay Məmmədzadə - 22/08/2019
15663698013561141436 1000x669

Gəncə və Goranboy ərazisində Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlara başlayıb. Beynəlxalq ekspedisiyanın Azərbaycan tərəfindən rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və İtaliya tərəfindən rəhbəri Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin dini tədqiqatlar departamentinin müdiri, Kataniya Universitetinin professoru Nikola Laneridir.

Gənc alimin növbəti uğuru

Sənubər Qocayeva - 14/08/2019
1565687616880654253 1000x669

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə bölməsinin gənc tədqiqatçı-alimi Elnur Həsənov AMEA prezidentinin sərəncamı və Rəyasət Heyətinin qərarına əsasən, dünyanın ən nüfuzlu elmi bazaları - “Web of Science” və “Scopus” sistemlərinə daxil olan yüksək impakt faktorlu jurnallarda çoxsaylı elmi əsərlərinin nəşrinə görə mükafat ilə təltif edilib.

ADAU II Beynəlxalq yay məktəbi davam edir

Sənubər Qocayeva - 17/07/2019
BpPEp4Xv8O

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbində növbəti mühazirə “FAO və aqrar sahənin innovativ inkişafı ” mövzusunda olub.

GDU-nun doktorantı sertifikatla təltif edilib

Gülnar Fazilqızı - 12/07/2019
Konfrans 700x500

Gəncə Dövlət Universitetinin Ümumi fizika” kafedrasının müəllimi və doktorantı Aygün Kazımova Monteneqronun Herçenqnovi şəhərində keçirilən “Radiyasiyanın müxtəlif tədqiqat sahələri” adlı 17-ci elmi konfransda iştirak edib.

ADAU məzunlarının 40 illik yubileyi keçirilib

Sənubər Qocayeva - 08/07/2019
65887447 2390414194384855 7954210244563828736 N

Azərbaycan Dövlət Aqrar Universitetində 1974-1979-cu illərdə Mühəndislik fakültəsini bitirən məzunlarla görüş keçirilib. Universitetin 2 saylı tələbə yataqxanasının zalında keçirilən tədbirdə 60 nəfər məzun 40 il əvvəl bitirdikləri universitetdə görüşüb, xatirələrini bölüşüblər.

Hadisə

Cəmiyyət