Sənubər Qocayeva -
15/03/2021
2021-ci ilin 12-14 aprel tarixlərində Kolumbiyanın Boqota şəhərində “Avropa və Amerikanın ortaq irsi və mədəniyyətləri” mövzusunda dünya alimlərinin Beynəlxalq Elmi Konfransı keçiriləcəkdir. Elmi tədbir Pandemiya şərtlərinə uyğun olaraq onlayn və qismən ənənəvi şəkildə keçiriləcəkdir. Dünyanın 89 ölkəsini təmsil edən 400-dən artıq alim və tədqiqatçının iştirak edəcəyi mötəbər elmi tədbirdə ölkəmiz də təmsil olunacaqdır.
Sənubər Qocayeva -
01/02/2021
Bu gün xalqına, millətinə layiqli övlad olmağa çalışan, onun yolunda hər cür fədakarlığa hazır olan insanın, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin 71 yaşı tamam olur. Fuad müəllim uzun illərdir ki, elm sahəsində çalışır, öz həyatını Azərbaycanda kimya sahəsinin inkişafına həsr edib. O, elmi fəaliyyətlə yanaşı, şəhərin ictimai-siyasi həyatında da fəal iştirak edir. Daim dövlətə və dövlətçiliyə xidmət edən Fuad Əliyevi gəncəlilər bir ziyalı, bir ağsaqqal kimi sevir, hörmət edrilər. Onun elmi və ictimai fəaliyyəti gənclər üçün də örnəkdir.
Surxay Məmmədzadə -
19/01/2021
İnsan ömrü cəmiyyətə, elmə, təhsilə, xeyirxah əməllərə həsr ediləndə daha mənalı və qürurlu olur. Çünki xalq, vətən üçün yaşanan həyat əsl insan ömrüdür. Yorulmaz tədqiqatçı, xeyirxah insan, yenilikçi alim İbrahim Cəfərov da belə insanlardandır.
Surxay Məmmədzadə -
01/12/2020
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevin də kitab kolleksiyası daxil olub.
Gülnar Fazilqızı -
10/09/2020
AMEA-nın regional mərkəzlərində akademik elmin inkişafı, tədqiqat fəaliyyətinin genişləndirilməsi, fundamental, multidissiplinar və tətbiqi araşdırmaların vüsət alması elmin informasiyalaşdırılması prosesinin təminatçısı olan Mərkəzi Elmi Kitabxananın (MEK) da qarşısına mühüm vəzifələr qoyur.
Surxay Məmmədzadə -
19/08/2020
Bu ilin oktyabrında Türkiyə Cümhuriyyətinin Niğde şəhərində onlayn “Türk dünyası araşdırmaları” VII beynəlxalq elmi simpoziumu keçiriləcək. Beynəlxalq tədbirdə ölkəmizi Prezident mükafatçısı, AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov təmsil edəcək.
Sənubər Qocayeva -
03/06/2020
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev AMEA-da işə davamiyyətin tam bərpa olunması haqqında sərəncam imzalayıb.
Sənubər Qocayeva -
14/05/2020
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” 2020-ci il 4 may tarixli sərəncamına əsasən akademiyanın Gəncə Bölməsində bir sıra tədbirlər həyata keçirilir.
Sənubər Qocayeva -
08/05/2020
Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, onun "Orta əsr Ağsu şəhəri" və "Gəncə" Dövlət Tarix Mədəniyyət Qoruqlarının, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Sənubər Qocayeva -
21/04/2020
“Hörmətli cənab Prezident. Bütün dünyanı bürüyən koronavirus pandemiyası müxtəlif ölkələrdə minlərlə insanın ölümünə səbəb olub. Azərbaycanda isə Sizin verdiyiniz müdrik qərarlar sayəsində bu dəhşətli bəlanın zamanında qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirildi”