Bazar ertəsi 21 Sentyabr 2020

DİQQƏT: Gəncə sakinlərinin NƏZƏRİNƏ!

Gülnar Fazilqızı - 20/09/2020
Unnamed

Alabaşlı qaz paylayıcı stansiyasında yeni çəkilmiş 325 mm-lik qaz xəttinin 1020 mm-lik Qazıməmməd, Qazax magistral qaz kəmərinə (281-ci kilometrdə) birləşdirilməsi ilə əlaqədar olaraq 22 sentyabr 2020-ci ildə saat 09:00-dan işlər başa çatanadək Gəncə şəhərinin qaz təminatında fasilə yaranacaq. Qaz təminatı dayanan zaman 82.540 abonent qazsız qalacaq.

Gəncədə Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılovla onlayn görüş keçirilib

Gülnar Fazilqızı - 19/09/2020
119655671 2200988606714057 8409489047182296663 O

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı Fransa Müqavimət Hərəkatının nümayəndəsi, partizan, II Dünya müharibəsinin iştirakçısı Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılovla onlayn görüş keçirib. Onlayn görüş Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi münasibətilə təşkil olunub.

Müşfiq Cəfərov: 'Türkiyə-Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlanması türk dünyasının daha çox birləşməsində həlledici rol oynayır'

Sənubər Qocayeva - 18/09/2020
2e2cd20a Müşfiq Cəfərov

“Azərbaycan və türk xalqlarının müdrik siyasi xadimləri tarixin çətin məqamlarında həmişə bir-birinə sadiqlik nümayiş etdiriblər. Qədim tarixə malik Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, iki ölkə arasındakı birlik bu gün daha yüksək səviyyədə həyata keçirilir”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.

Koronavirusla mübarizə tədbirləri: Gəncədə dezinfeksiya işləri davam etdirilir

Gülnar Fazilqızı - 18/09/2020
0134

Gəncədə COVİD-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə ardıcıl işlər həyata keçirilir. Belə ki, şəhərin müxətlif ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə mütəmadi olaraq təmizlik və dezinfeksiya işləri aparılır. İşlər yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş qəfəslərində, liftlər və onların ətrafında, oyun meydançalarında aparılır.

DİQQƏT! Gəncə sakinlərinin nəzərinə!

Gülnar Fazilqızı - 17/09/2020
Yol

Gəncə şəhərinin su və kanalizasiya sistemlərinin bərpası layihəsi çərçivəsində 18.09.2020-ci il tarixindən 22.09.2020-ci il tarixinədək, yəni 5 gün ərzində, Heydər Əliyev prospektinin Zərifə Əliyeva küçəsindən Rüzigar Qasımov küçəsinədək olan hissəsi avtomobillərin hərəkəti üçün bağlı olacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı olub

Sənubər Qocayeva - 17/09/2020
59c02dca54ce1d25e1d6748dcd481cf4

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davam edir, müasir standartlara cavab verən hərbi infrastruktur yaradılır.

İdman

Hadisə