Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 100 il ötür

Bu gün Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutunun növbəti ildönümüdür.
Bu gün Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutunun növbəti ildönümüdür.
28 May - Respublika Günü münasibətilə Dubayda Birləşmiş Ərəb Əmirliklərinin rəmzi hesab olunan dünyanın ən hündür qülləsi məşhur Bürc Xəlifənin üzərində Azərbaycan dövlət bayrağı əks olunub.
Gəncədə “ARB Aran” Media Şirkətinin “Aranfilm” Yaradıcılıq Mərkəzində istehsal edilən “Əsgərlər unudulanda ölürlər” adlı sənədli filmi nümayiş olunub. Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının kino zalında təşkil olunan tədbirdə filmin yaradıcı heyəti də iştirak edib. Filmin ssenari müəllifi, araşdırmaçı jurnalist Arif Əliyev, filmin quruluşçu rejissoru Rövşən Almuradlı və Azərbaycan Jurnalistlər Birliyinin sədridir Elçin Şıxlı filmi gəncəli tamaşaçılarla birgə izləyiblər.
"Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetin konfrans zalında "Tarixini unutma" layihəsi çərçivəsində "Qafqaz İslam Ordusu və Gəncə" mövzusunda tədbir keçirilib.
“Bir kişiyə təhsil verməklə savadlı bir insan qazanarsınız. Bir qadına təhsil verməklə isə savadlı bir ailə və cəmiyyət”. (Z.Tağıyev)
1920-ci il yanvarın 13-də yenicə fəaliyyətə başlayan Gəncə Radiostansiyası Fransanın məşhur Eyfel qülləsinə qoşulmuşdu. Hər kəs böyük həyəcanla oradan eşidiləcək ilk xəbərin həyəcanını yaşayırdı. Çox çəkmədən Əlimərdan bəy Topçubaşov Parisdən Azərbaycan xalqına müraciət edərək Cümhuriyyətin Paris Sülh Konfransında tanındığını xəbər verdi. Əlimərdan bəyin bu teleqramından əvvəlcə Gəncə, sonra isə bütün Azərbaycan xəbər tutdu və hər yerdə böyük sevinc yaşandı.
1905-ci il iyun ayının 30-da Yelizavetpol (Gəncə) Quberniya İdarəsində qubernator müavini Baranovskinin, prokuror Antonovun, inspektor Qolubkovun, Quberniya İdarəsi üzvləri A.Adıgözəlov, Ə.Xasməmmədovun iştirakı ilə Gəncə şəhər sakinləri vəkil Ələsgər bəy Xasməmmədov, doktor Xudadat bəy Rəfibəyov və Böyük bəy Ağasıbəyov Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin iki nüsxədən ibarət olan Nizamnaməsini qubernator A.Kalaçeva təqdim edirlər. Elə həmin gün Gəncə qubernatorunun sərəncamı ilə cəmiyyətin 42 maddədən ibarət Nizamnaməsi təsdiq olunaraq qeydiyyata alındı.
Azərbaycan Xalq Cümhuriyyəti İli həm də Azərbaycan Ordusunun 100 illik yubiley ilidir.
11 may-4 iyun 1918-ci il tarixlərində Osmanlı və Cənubi Qafqaz Seymi nümayəndələrinin iştirakı ilə Batum konfransı keçirilib. Konfransın Azərbaycan Xalq Cümhuriyyəti üçün mühüm nəticəsi olub.
30 may 1918-ci il. Nazirlər Şurasının sədri F. X. Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra xarici işlər nazirlərinə radioqram göndərib. Həmin radioqramın mətni və sürətinin fotosunu tədim edirik.