Çərşənbə günü 22 Sentyabr 2021

Hadisə

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanıldı

Sənubər Qocayeva - 06/05/2021

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı tədbir keçirib.

Təbir zamanı ümumilikdə 31 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib və onlarla profilaktiki söhbətlər aparılıb, 19 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Photogallery

296a7239 Ab51 3f8e Afa5 7c2407258877 850