Çərşənbə günü 22 Sentyabr 2021

Cəmiyyət

Gəncədə yağışın törətdiyi fəsadlar aradan qaldırılır

Sənubər Qocayeva - 06/05/2021

Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin əməkdaşları tərəfindən bu günlərdə şəhərə yağan güclü yağışın törətdiyi fəsadlar aradan qaldırılır.

Təmir-bərpa və tikinti şöbəsinin işçiləri şəhərin bir sıra ərazilərində, dam örtüklərinin nodanlarında yaranan nasazlıqları aradan qaldırır. Hal hazırda işlər Abbas Səhhət və Yeni Gəncə yaşayış massivlərindəki binalarda görülür.

Mövsümü hava dəyişkənliyi ilə bağlı yaşıllaşdırma şöbəsinin əməkdaşları da gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, qəza təhlükəsi yarada biləcək ağacların budama işləri aparılır. Bununla yanaşı bəzi ərazilərə əkinə yararlı torpaq səpilir. Belə ərazilərdən biri də Abbas Səhhət klinikasının ətrafıdır.

Xatırladaq ki, bir müddət öncə həmin əraziyə yeni asfalt örtüyü də salınıb.

Photogallery

IMG 20210506 103146 IMG 20210504 104927 IMG 20210504 104832 IMG 20210506 103146 IMG 20210504 104927