Çərşənbə günü 22 Sentyabr 2021

İqtisadiyyat

Neft kapitalından gələn gəlir hesabına qeyrti-neft sektorunun inkişafı dövlətin prioritet istiqamətlərindəndir

GanjaNews - 21/04/2021

Respublikamızda regionların dinamik inkişafı sosial-iqtisadi Dövlət proqramları əsasında uğurla həyata keçirilir. Bu çərçivədə Hacıqabul rayonunda da böyük işlər görülmüşdür. Xüsusilə Hacıqabulda qazlaşdırma səviyyəsi yüz faiz, elektrik enerjisi ilə təchizat yeni yarımstansiyanın açılışı nəticəsində daha da yüksək səviyyədə həyata keçirilir.

Mədəniyyətin ən vacib amillərindən biri olan yolların çəkilişi və təmiri yüksək səviyyədə, 75 faiz yerinə yetirlimişdir. Yeni məktəblərin tikilişi və təmiri, xəstəxanalar, mədəniyyət müəssisələri yenidən tikili rvə sakinlərin istifadəsinə verilir.

Hər il dövlət büdcəsi təsdiq olunarkən sosial sahədə artımı hər birimiz görür və ölkə prezidentinin bu sahəyə xüsusi diqqət ayırdığını hiss edirik. Bütüün bunlar İnsanların yaşayış səviyyəsi yaxşılaşdırır, biznes üçün şərait yaradır ki, bu  da rayonların iqtisadi potensialının inkişafına səbəb olur.  

Neft kapitalından gələn gəlir hesabına qeyrti-neft sektorunun inkişafı dövlətin daim prioritet istiqamətlərindən biri olmuşdur.

Ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar qeyri-neft sektorunun hər il inkişafına səbəb olur. Müasir dövrümüzdə elmi-texniki tərəqqi tətbiq olunmadan aqrasr sahədə dəı böyük nailiyyətlər əldə etmək olmaz. Bu mənada aqroparkların yaradılmas orada yeni elmi nailiyyətlərin tətbiqi ərzaq təhlükəsizliyini təmin olunmasına şərait yaradırBöyük aqroparkların inkişafı ilə yanaşı, kiçik fermer təsərrüfatlarının inkişafı da dövlətin daim nəzarətindədir.

Yaradılan aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada innovativ texnologiyaların tətbiüqi nəticəsində daha bol məhsul yetişdirilir və məhsuldarlıq  yüksək olur və məhsulun maya dəyəri daha aşağı qiymətə başa gəlir.

Hacıqabulda iki böyük aqropark fəaliyyət göstərir və yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilir. Yeni yaradılan aqroparklarda və eyni zamanda kiçik fermer təsərrüfatlarında elmi nailiyyətlər tətbiq olunarsa, onda biz ərzaq təhlükəsizliyi məsələləri həll etmiş olarıq.

Ölkəmizdə 50-dək aqroparkın yaradılması nəzərdə tutulur ki, bu özəl sektora investisiya qoyuluşu gündən-günə artırılır. Artıq 2 milyard manatdan artıq vəsait aqrar özəl Bu aqroparkların bir çoxu artıq fəaliyyətdədir ki, onların istehsal etdikləri məhsullar müxtəlif ölkələrə ixrac olunur.

Dünyanın ən inkişaf etmiş ölkələrində avtomobil sənayesi ən qabaqcıl istehsal sahələrindən biridir ki, bu da ölkəmizdə gündən-günə inkişaf edir və Gəncə Avtomobil zavodunda Belarus və Rusiya istehsalçıları ilə birgə avtomobil istehsalı ölkəmizdə bu sahənin inkişafına şərait yaradır.

Photogallery

004