Çərşənbə günü 22 Sentyabr 2021

QARABAĞ AZƏRBAYCANDIR!

“YAŞAT” Fondu dövlətin şəhid və qazi ailələrinə hərtərəfli qayğısı və dəstəyini özündə ehtiva edir

GanjaNews - 12/04/2021

Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində ölkəmiz 44 günlük vətən müharibəsində misli görünməmiş qalibiyyət əldə etmişdir. Hər zaman sosial siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının olduğunu əməli fəaliyyəti və qayğısı ilə sübut etmiş Ali Baş Komandanımızın 8 dekabr 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış “YAŞAT” Fondu dövlətin şəhid və qazi ailələrinə hərtərəfli qayğısı və dəstəyini özündə ehtiva edir.

Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılmışdır.

Bir məqamı qeyd etmək kifayətdir ki, ötən müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 24 milyin 804 min 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilmişdir.

Qəsbkar düşmən orduları tərəfindən dinc sakinləri çoxsaylı raket hücumlarına, o cümlədən müharibə şəraitində istifadəsi qadağan edilmiş ballistik raket hücumlarına məruz qalmasına baxmayaraq, tarixən igidliyi, mərdliyi və dövlətçiliyə sədaqəti ilə seçilmiş Gəncə şəhərinin ictimaiyyəti bu fonda 100 min manatdan çox vəsait köçürülmüşdür.

Beləliklə, bütün ölkə ictimaiyyəti kimi, Gəncə şəhərinin sakinləri də dövlətimizin gələcək tərəqqisi naminə daim ölkə rəhbərliyinin ətrafında birləşərək müharibədən əziyyət çəkmiş insanlara hərtərəfli köməklik göstərilməsi və işğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işlərinin sürətlə həyata keçirilməsi naminə əzmlə çalışacaq və dəstək göstərəcəklər.

 

Photogallery

1610096555