Cümə axşamı 15 Aprel 2021

Siyasət

Naqif Həmzəyev: 'Ermənistan terror və təxribatdan uzaq olmalıdır, yoxsa…'

Surxay Məmmədzadə - 07/04/2021

44 günlük müharibədə darmadağın olan və öz hərbi potensialının 80%-ni itirən Ermənistanda hələ də bəzi siyasətçilər tərəfindən təxribat xarakterli çağırışlar səslənməkdədir.

Bununla bağlı açıqlama verən millət vəkili Naqif Həmzəyev, təxribatların Ermənistanın özü üçün ağır nəticələrə səbəb olacağını vurğulayıb.

“Ermənistanda hələ də müharibə ab-havasında olan qüvvələr var. Onlar 44 günlük müharibənin qisasını almaq və s. ilə bağlı gülünc çağırışlar səsləndirirlər. Ancaq onlar bilməlidirlər ki, əgər Ermənistan yenə təxribatlarına davam edərsə, yenə xam xəyallara qapılarsa, o zaman daha ağır zərbələrə məruz qalacaqlar. Bu dəfə Ermənistanın bir dövlət kimi mövcudluğu sual altına düşəcək. Ona görə də Ermənistan terror və təxribatdan uzaq olmalı, Azərbaycan və Türkiyə ilə normal münasibətlərin bərqərar olması üçün atması gərəkən bütün addımları atmalı və regionda sülh və təhlükəsizlik üçün əngəl yaratmamalıdır” - deyə Naqif Həmzəyev qeyd edib.