Cümə axşamı 15 Aprel 2021

Cəmiyyət

Milli Məclisin deputatı Müşfiq Cəfərov növbəti dəfə vətəndaşlarla görüşüb

Sənubər Göyüşqızı - 07/04/2021

Görüşə birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları və müxtəlif kateqoriyadan olan vətəndaşlar qatılıb. Sakinlərin problemləri dinlənilib, həlli yolları müzakirə edilib. Daha sonra aiddiyyəti qurumlara müraciətlərin ünvanlanması planlaşdırılıb. Deputata ünvanlanan müraciətlər sosial, səhiyyə, mənzil və məişət problemləri ilə bağlı olub.

Görüşdə farfor qabları istehsalı lahiyəsi ilə çıxış edən vətəndaş xüsusi diqqət çəkib. Gəncə şəhər sakini Sadıq Sadıqov Gəncədə qədim ənənələri olan farfor qabların istehsalını yenidən bərpa etmək və bu istiqamətdə kadr hazırlığını həyata keçirmək niyyətindədir. Nizami yurdu ilə yanaşı digər ətraf rayonlarda da bu peşənin inkişaf etdirilməsi üçün hazırlanan lahiyə deputat tərəfindən maraqla qarşılanıb.
 
Qeyd edək ki, bu sahədə lazımı müraciətlərin ünvanlanması qərarlaşdırılıb.

Photogallery

169541038 325691695651553 5962293608757868077 N 169713147 325691938984862 6504006113903330949 N 170161058 325691588984897 9044443124299765474 N 170108478 325691988984857 3398455088789210837 N 170191959 325691742318215 2817244378076169246 N 170239476 325691868984869 7800320485337361792 N 170875275 325691905651532 3396566561086515158 N 170656989 325691808984875 3788570363039202232 N