Cümə axşamı 15 Aprel 2021

QARABAĞ AZƏRBAYCANDIR!

Bu gün Vətən Müharibəsi şəhidi Elşən Dünyamalıyevin doğum günüdür

Gülnar Fazilqızı - 06/04/2021

Bu gün Vətən Müharibəsinin şəhid giziri Elşən Dünyamalıyevin doğum günüdür. Elşən 24-cü doğum gününü cənnətdə, yaxınları isə bu günü onun məzarı başında qeyd edirlər. Onların sözlərinə görə Elşən uşaq vaxtlarından Vətəninə bağlı olub. O, torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Elşən Dünyamalıyev tarixə “4 günlük müharibə” kimi düşən 2016-cı ilin Aprel döyüşlərində də vuruşub.

Ganjanews.az Gencesehidleri.az saytına istinadən bildirir ki, Dünyamalıyev Elşən Mübariz oğlu 6 aprel 1997-ci ildə Gəncə şəhərində doğulmuşdur. O, 2012-ci ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbin 9-cu sinfini, 2015-ci ildə isə 3 nömrəli Peşə liseyini (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) bitirmişdir.
2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.
Elşən Dünyamalıyev tarixə “4 günlük müharibə” kimi düşən 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olmuşdur.
2019-cu ilin 15 sentyabr tarixindən MAHHX HQ kimi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrində xidmət etmişdir.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Dünyamalıyev Elşən Mübariz oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası istiqamətində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
30 sentyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
1 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Dünyamalıyev Elşən Mübariz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.
Subay idi.

Övladının cənnətdəki ilk doğum günündə şəhidin anası Rabiyə xanım Gəncə Uşaq Evini ziyarət edib. Burada Elşən dünyamalıyevin adından balaca fidanlar üçün ehsan süfrəsi təşkil olunub.
Allah rəhmət eləsin!

 

Photogallery

WhatsApp Image 2021 04 06 At 19.07.47 WhatsApp Image 2021 04 06 At 19.07.53