Çərşənbə günü 22 Sentyabr 2021

QHT

'Regional inkişaf üzrə maarifləndirmə' İctimai Birliyi yeni layihənin icrasına başlayır

Gülnar Fazilqızı - 02/04/2021

“Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi və UNICEF ilə birgə “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində “Gəncə şəhərində və Ağcabədi rayonunda icma əsaslı məktəbəqədər təlim mərkəzlərinin yaradılması” layihəsinin icrasına başlayıb.

Həyata keçirilən layihə çərçivəsində Gəncə şəhərində, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Qərargah qəsəbəsində və Ağcabədi rayonunun Qaravəlli və Rəncbərlər kəndlərində icma əsaslı məktəbəqədər təlim mərkəzləri təşkil olunub. Təlim mərkəzlərində 3-5 yaşlı uşaqlar üçün həftədə 3 dəfə olmaqla, qrup məşğələləri keçirilir və 100 nəfər uşaq bu mərkəzlərin fəaliyyətindən bəhrələnirlər.

Layihənin əsas məqsədi - erkən yaşlı uşaqların hərtərəfli inkişafını təmin etmək üçün onların məktəbəqədər təhsilə çıxış imkanlarını artırmaqdır. 

Layihənin rəhbəri Rövşən Novruzov layihənin bildirib ki, layihə çərçivəsində yaradılmış icma əsaslı məktəbəqədər təlim mərkəzləri elə kənd və qəsəbələrdə təşkil olunmuşdur ki, orada uşaqlarla bağlı bağça, uşaq mərkəzi mövcud deyildir. O qeyd edib ki, bu mərkəzlərin açılması kənd və qəsəbə icma üzvlərinin böyük sevincinə səbəb oldu. Uşaqlar çox böyük həvəslə mərkəzlərə gəlirlər. 

"Valideynlər uşaqlarını heç yerə apara bilmirdilər. Uşaqlarda müəyyən bacarıqların yaradılması, onların təfəkkürlərinin inkişafı üçün xüsusi təlim keçmiş müəllimlər tərəfindən məşğələlər həyata keçirilir. Gəncə şəhərində 4 icma əsaslı məktəbəqədər təlim mərkəzlərinin müəllim heyəti üçün “Məktəbəqədər təhsilin əsasları və inklüziv təhsil” və “Erkən inkişaf dövrü, məktəbəqədər təhsilin əsasları” mövzusunda 5 günlik təlim təşkil olunub" -deyə Rövşən Novruz əlavə edib. 

Bildirək ki, mərkəzlərdə təlim fəaliyyətlər əsasən, ətraf aləmlə tanışlıq və nitq inkişafı, fiziki mədəniyyət,bədii təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi, riyazi və məntiqi təfəkkürün inkişafı istiqamətdə aparılır.  İcma əsaslı məktəbəqədər təlim mərkəzlərinin qısa müddət ərzində yaradılmasına baxmayaraq, mərkəzə gələn uşaqların inkişafında müsbət irəliləyişlər hiss olunur.

Qeyd edək ki, layihənin icrası uğurla davam edir.

Photogallery

IMG 20201206 WA0006 IMG 20210205 WA0035[1] IMG 20201206 WA0022 IMG 20210205 WA0094 IMG 20210205 WA0035[1] IMG 20201206 WA0022 IMG 20210205 WA0094