Çərşənbə günü 22 Sentyabr 2021

Sosial

ADAU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Surxay Məmmədzadə - 31/03/2021

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn anım tədbiri keçirilib. Tədbirdə çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 1918-1920-ci illərdə mənfur ermənilərin Azərbaycanın şəhər və rayonlarında, o cümlədən Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər ərazilərdə törətdikləri qanlı hadisələr haqqında məlumat verib.

O deyib: “Bu il biz Ali Baş Komandanımız və qüdrətli ordumuz sayəsində şəhidlərimizin müqəddəs ruhu qarşısında üzüağ dayanmışıq. 44 günlük Vətən müharibəsində qazandığımız zəfəri məhz şəhid və qazilərimizə borcluyuq. Bütün şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır”.

Sonra İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov çıxış edərək deyib ki, mart soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifələrindən biridir. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanıların soyqırımı haqqında” Fərmanla bu qətliama ilk dəfə olaraq dövlət səviyyəsində siyasi qiymət verildiyini qeyd edib.

Daha sonra müəllimlərdən İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi Çinarə Səfərova, Səbinə Əlizadə tələbələrdən İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Aytac Hüseynova, Aqronomluq fakültəsinin II kurs tələbəsi Ülviyyə Qəhrəmanova, Aqrar mühəndislik fakültəsinin I kurs tələbəsi Nərmin Xəlilova Azərbaycanlıların Soyqırımı Günü, eləcə də müxtəlif vaxtlarda erməni daşnaklarının digər bölgələrimizdə törətdikləri qanlı cinayətlər haqqında danışıb və şeir söyləyiblər.

Photogallery

16171863813083139789 1000x669 16171712982176059035 1000x669 1617186381276997426 1000x669 16171712982176059035 1000x669 1617186381276997426 1000x669