Cümə axşamı 15 Aprel 2021

İdman

Gəncədə '5 mart Bədən tərbiyəsi və idman günü'nə həsr olunan veloyürüş keçirilib

Sənubər Qocayeva - 01/03/2021

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “5 mart Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar olaraq şəhərdə veloyürüş baş tutub. Veloyürüş Yol Patrul Xidmətinin və təcili tibbi yardım xüsusi avtonəqliyyatının müşaiyəti ilə Gəncə şəhərinin Heydər Əliyev Park Kompleksindən (Zəfər Tağının qarşısından) Şəhidlər Xiyabanı marşurutu üzrə davam edib.

17  idmançının iştirakı ilə keçirilən veloyürüşdə Gəncə Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi, kollektivi, habelə idmançılar iştirak ediblər. Onlar Şəhidlər Xiyabanına gələrək Memorial Kompleksin önünə və Vətən müharibəsində şəhid olanların məzarına gül dəstələri düzüblər. Şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin əsas məqsədi idmançılara vətənpərvərlik ruhunun aşılanması və təbliğidir.

Qeyd edək ki, yarış Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq keçirilib. 

Photogallery

FB IMG 1614587960924 FB IMG 1614587963003 FB IMG 1614587973693 FB IMG 1614587992094 FB IMG 1614587977643 FB IMG 1614587999082