Cümə axşamı 15 Aprel 2021

Cəmiyyət

Sənayə və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə publik hüquqi şəxs statusu verilib

Sənubər Göyüşqızı - 01/03/2021

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli Gəncə Peşə Liseyi, 2 nömrəli Gəncə Peşə Liseyi və 3 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilərək onların bazasında yaradılan Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə publik hüquqi şəxs statusu verilib.

Agentlikdən bildirilib ki, mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq, nəzərdə tutulmuş qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlayacaq. Bundan başqa, subbakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil verəcək, dövlət təhsil standartlarına uyğun olaraq təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etməklə təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin edəcək. Mərkəz, həmçinin qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı əldə edəcək.

Qeyd edək ki, peşə təhsil müəssisələrinin publik hüquqi şəxs qismində fəaliyyət göstərməsi istiqamətində işlərə 2019-cu ildən başlanılıb. Hazırda Təhsil Nazirliyinin tabeliyində olan 8 peşə təhsil mərkəzi publik hüquqi şəxs qismində fəaliyyət göstərir.