Cümə axşamı 15 Aprel 2021

Cəmiyyət

Gəncədə iməcilik aksiyası təşkil oluunub

Sənubər Qocayeva - 01/03/2021

Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin təmizlik şöbəsinin rəisi Cəmşid İsmayılovun rəhbərliyi ilə şəhərin bir sıra prospekt və küçələrində iməcilik təşkil olunub.

Bir neçə gün öncə, Gəncəyə yağan qarın törətdiyi fəsadların aradan qaldırılması üçün prospekt və küçələrə qum-duz qarışığı səpilmişdir. Bu qarışığın qalıqları təmizlik şöbəsinin işçiləri tərəfindən yığılaraq ərazidən kənarlaşdırıb. Bununla yanaşı bəzi ərazilər külək nəticəsində sınan ağac budaqlarının qırıntıları və yığılan məişət tullantılarından təmizlənib. Bu işlərə hər küçə və prospektə təmizlik şöbəsinin xüsusi 50 nəfərlik briqadaları ayrılaraq müxtəlif istiqamətlərə yönləndirilib.

Ümumilikdə iməcilikdə MKTİB-nin ağır texnikası və 16 briqadadan ibarət 800-dən artıq işçi iştirak edib.

Qeyd edək ki, iməcilik şəhərin mərkəzi küçə və prospektləri ilə yanaşı ara küçələrinidə əhatə edib.

Photogallery

IMG 20210227 100309 IMG 20210227 104756 IMG 20210227 111847 IMG 20210227 113806 IMG 20210227 120102