Cümə axşamı 15 Aprel 2021

Siyasət

Hikmət Hacıyev: 'Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik'

Sənubər Qocayeva - 26/02/2021

"Biz xatırlayırıq! Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik! Ədalət barışığın vacib bir hissəsidir".

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tvitterdə yazıb.

"Xocalı soyqırımını törədənlər irqçilik, ayrı-seçkilik, etnik nifrət ideologiyasına əsaslanan Ermənistanda qəhrəman olaraq qiymətləndirilirlər",- o qeyd edib.