Cümə axşamı 15 Aprel 2021

Cəmiyyət

Prezident Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib

Sənubər Göyüşqızı - 26/02/2021

Prezident İlham Əliyev özünün tvitter hesabında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib. "Xocalıya ədalət!" yazılmış həmin paylaşımı təqdim edirik.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Photogallery

154099571 10164622002795315 2109674487903927048 O