Cümə axşamı 15 Aprel 2021

Mədəniyyət

'Əsrin soyqırımı Xocalı' adlı onlayn görüş keçiriləcək

Sənubər Qocayeva - 25/02/2021

25 fevral 2021-ci il tarixində Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ili ilə əlaqədar olaraq “Əsrin soyqırımı Xocalı” adlı onlayn tədbir gerəkləşəcək. Tədbirdə Gəncə Dövlət Dram Teatrının direktoru, Respublikanın Əməkdar mədəniyyət işçisi Əli Qasımov. teatrın rejissoru Elşad Əhmədov və aktyoru Yusif Cəfərov da qatılacaqlar.

Görüşdə  Xocalı soyqırımının motivləri geniş şəkildə təhlil edilməklə əsrin faciəsi bir daha anılacaqdır. Həmçinin, Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivinin faciənin 29-cu ili ilə bağlı ərsəyə gətirdiyi “Qayıdış” adlı qısametrajlı film haqqında da ətraflı məlumatlar veriləcəkdir.

Qeyd edək ki, görüş ZOOM proqramı üzərindən, Bakı vaxtı ilə saat 20:00-da geçəkləşəcəkdir.