Şənbə 27 Fevral 2021

QARABAĞ AZƏRBAYCANDIR!

Millət vəkili Pərvin Kərimzadənin şəhid ailələri və qazilərlə görüşləri davam edir

Sənubər Qocayeva - 19/01/2021

Milli Məclisin deputatı Pərvin Kərimzadə mütəmadi olaraq Gəncə şəhərindən II Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrini, qazilərimizi ziyarət edir, onların problemləri ilə yaxından tanış olur. Hər görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi böyük ehtiramla yad edilib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından, igid, mərd əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə danışılıb.

Qeyd edilib ki, tarix yazan, şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın adları Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Görüşlərdə şəhid ailələri və qazilərimizin hər zaman dövlət tərəfindən qayğı ilə əhatə olunduğu xüsusilə vurğulanıb, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin diqqət mərkəzində saxlanıldığı, həlli istiqamətində mühüm işlərin görüldüyü qeyd edilib.

Şəhid ailəsi üzvləri, qazilər onlara göstərilən diqqətə görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Photogallery

39d0e072 P2 9ff457d6 P7 7da06bbc P1 C63d708c P3