Şənbə 27 Fevral 2021

İdman

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları Vətən müharibəsi iştirakçısını ziyarət ediblər

Sənubər Qocayeva - 19/01/2021

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və kollektivi, Baş İdarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirməsi, gənc futbolçu, Vətən müharibəsi iştirakçısı Qəhrəmanov Sərxan Mahmud oğlunu ziyarət ediblər.

Görüş zamanı Həmid Nəsirov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordsunun şücayəti nəticəsində işğaldan azad olunmuş torpaqlarımızın Azərbaycan xalqı üçün ən böyük sevinc və qürur hissi olduğunu qeyd etdib və şəhid olmuş hərbi qulluqçuların qəhrəmanlığı barədə ətraflı məlumat verib.

Qazi Sərxan Qəhrəmanov yoldaşları ilə birlikdə keçdiyi döyüş yolundan fəxrlə danışaraq, igid Azərbaycan oğullarının vətənpərvərliyini xüsusilə vurğulayıb. UGİM-nin futbol bölməsi üzrə baş məqçi-müəllimi, Respublikanın əməkdar məşqçisi Məhəmməd Məmmədov Sərxan və Ələddin qardaşlarının yeniyetmə vaxtlarından futbolda böyük uğurlu nəticələr əldə etmələri haqqında söz açıb.

Qeyd edək ki, Sərxan Qəhrəmanovun qardaşı, hal-hazırda müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçu, Vətən müharibəsi iştirakçısı Ələddin Qəhrəmanov da Baş İdarə nəzdində Uşaq Gənclər İdman Məktəbinin futbol üzrə bölməsinin məzunudur. O, döyüşlərdə Topçu kimi qəhrəmanlıq nümunəsi göstərdiyi üçün cənab Prezident İlham Əliyev tərəfindən “Füzulinin azad olunması görə” və “Xocavəndin azad olunması görə” medalları ilə təltif edilib.

Photogallery

FB IMG 1610986564189 FB IMG 1610986570032