Şənbə 27 Fevral 2021

QARABAĞ AZƏRBAYCANDIR!

Qazaxıstanda Qarabağ haqqında kitabların təqdimatı keçirilib

Sənubər Qocayeva - 15/01/2021

Qazaxıstanın paytaxtı Nur-Sultanda türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü çərçivəsində Qarabağa və Azərbaycan Xalq Cümhuriyyətinə dair üç yeni nəşrin təqdimatı keçirilib. Beynəlxalq Türk Akademiyasının çap etdiyi “Qarabağ: Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti” kitab-footoalbomu, “İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri” kitabı və “Azərbaycan Xalq Cümhuriyyəti – 100” ensiklopedik nəşri vasitəsilə qazaxıstanlı oxuyucular ölkəmizin qədim və müasir tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri barədə geniş məlumatlar əldə edə biləcəklər.

Qarabağ münaqişəsinin tarixinə və 44 günlük Vətən müharibəsinə həsr olunan qısametrajlı filmin təqdimatı ilə başlayan mərasimində Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, rəhbərlik etdiyi təşkilat İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanla sıx həmrəylik nümayiş etdirib və uzun zamandır üzərində iş aparılan Qarabağ kitabını da məhz Şuşa şəhərinin işğaldan azad edildiyi gün çapdan çıxarıb.

Onun sözlərinə görə, “Qarabağ: Azərbaycanın cövhəri : tarixi, mədəniyyəti, təbiəti” kitabında Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı fundamental məlumatlar toplanıb. Bu kitabın özəlliyi ondan ibarətdir ki, ilk dəfə bir beynəlxalq təşkilat tərəfindən belə bir kitab hazırlanıb və nəşrdə həmin bölgənin tarixi, mədəniyyəti ilə yanaşı, beynəlxalq təşkilatlar tərəfindən Qarabağla bağlı indiyədək qəbul olunan sənədlər əks olunub.

Bundan başqa, Akademiya “İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri” kitabını və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ensiklopedik nəşrini də təqdim edib.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında xarici dillərdə nəşr olunan bu cür əsərlərin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Diplomat 44 günlük Vətən müharibəsində göstərdiyi böyük dəstəyə görə Beynəlxalq Türk Akademiyasına təşəkkürünü çatdırıb.

Tədbirdə Qırğız Respublikasının keçmiş dövlət katibi Osmanakun İbrahimov, Azərbaycan Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Qazaxıstanın Saken Seyfulin Muzeyinin direktoru Nasipbek Aytulı, Özbəkistan-Azərbaycan Dostluq Qrupunun icraçı direktoru Erkin Nuriddinov, Milli Məclisin deputatı Arzu Nağıyev və digərləri də Qarabağ və Azərbaycan Xalq Cümhuriyyətinə dair kitabların Azərbaycanın qədim və müasir tarixinin türk dünyasında daha yaxından öyrənilməsi baxımından böyük önəm kəsb etdiyini vurğulayıblar.

Sonda Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin daha da genişlənməsinə verdiyi dəstəyə görə, səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Akademiyasının “Qızıl medalı” ilə təltif olunub.

Photogallery

7f6b656c Trend Arzu Nagiyev 140121 1 60934bd9 139154898 3627668670655393 6540338523109987778 N 19f5751d 16106285882047054566 1000x669 Da7066ea Trend Arzu Nagiyev 140121 6 E7bde1e0 138566974 3627668847322042 7094248973666862736 N