Bazar günü 24 Yanvar 2021

Təhsil

Gəncə məktəblisi XVII Beynəlxalq Jautıkov Olimpiadasında bürünc medal qazanıb

Sənubər Qocayeva - 14/01/2021

7-12 yanvar 2021-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov Olimpiadası (IZhO) keçirilib. Azərbaycan məktəbliləri bu olimpiadada uğurla çıxış edərək 5 gümüş, 10 bürünc medal olmaqla, ümumilikdə 15 medal qazanıblar.

İnformatika fənni üzrə medal qazananlar içərisində Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov da var. Əziz XVII Beynəlxalq Jautıkov Olimpiadasında (IZhO) bürünc medala layiq görülüb.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Photogallery

29231eb5 137541315 3730200700398930 7369415149151560404 N C8bfd8a2 139217266 3730200803732253 3595069395711801152 N

Ən çox oxunan

Hadisə