Bazar günü 24 Yanvar 2021

Siyasət

Pərvin Kərimzadə: 'Nəqliyyat kommunikasiyalarının bərpası regionun iqtisadi inkişafında təkan verəcək'

Sənubər Göyüşqızı - 13/01/2021

2020-ci ilin 27 sentyabrından başlayaraq Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələri yazıldı. Müzəffər ordumuzun hərbi peşəkarlığı, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi, əsl sahiblərinə qaytarıldı.

Bunu Milli Məclisin deputatı Pərvin Kərimzdə bildirib. Millət vəkili qeyd edib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat işğalçının kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi kimi yaddaşara həkk olundu. 2021-ci il yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş də Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımların birlikdə müzakirəsi kimi tarixə düşdü.

Üçtərəfli görüşün regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüşün vacibliyini qeyd edən millət vəkili vurğulayıb ki, 11 yanvar görüşü və imzalanan 4 maddəlik bəyanat regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə və regionun iqtisadi inkişafına xidmət edir. Belə ki, görüşün nəticəsi oaraq regonda nəqliyyat kommunikasiyalarının işə düşməsi “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi kimi “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması deməkdir. Bu da Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyəti artacaq.

Ölkə Prezidentimiz İlham Əliyev üçtərəfli görüşdən sonra mətbuata bəyanatında qeyd etdiyi kimi kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək.

Görüşdə Rusiya tərəfinin üçtərəfli razılaşmalara əməl olunmasına görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə etməsi də diqqətdən yayınmayıb. Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüşdə də Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf etdiyi vurğulanıb, Bəyanatın çox böyük perspektivlər açaçağı qeyd olunub.

 

Ən çox oxunan

Hadisə