Çərşənbə axşamı 11 May 2021

Cəmiyyət

Zəfər Günü qeyri-iş günü olacaq

Sənubər Qocayeva - 13/01/2021

Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, Azərbaycanda 8 noyabr Zəfər Günü qeyri-iş günü olan bayram günlərinə aid edilib.

Digər dəyişikliyə əsasən, hər il sentyabrın 27-si – işğal altında olan torpaqların azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycanda Anım Günüdür.

Qeyd edək ki, Əmək Məcəlləsinə edilən dəyişikliklər Azərbaycan Prezidentinin 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.

Photogallery

6971cddf Parad