Bazar ertəsi 26 İyul 2021

Təhsil

Tələbələrin semestr imtahanları onlayn keçiriləcək - Əmr imzalandı

Surxay Məmmədzadə - 11/01/2021

Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır.

Bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Bu əmrə əsasən ali və orta ixtisas təhsil müəssisələrində imthan qərargahları yaradılıb.

İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək.

Photogallery

E71151c96141c5a4cb529e009aebe8e6