Çərşənbə günü 20 Yanvar 2021

Siyasət

Qazaxıstanda seçkiöncəsi vəziyyəti sabitdir - Millət vəkili Naqif Həmzəyev

Surxay Məmmədzadə - 11/01/2021

“Keçirilən hər görüşlərdə Azərbaycan tarixinə qürür və fəxarət yaşadan 10 noyabr –Zəfər Günü ilə bağlı çoxsaylı təbriklər aldıq”. Bunu TÜRKPA-nın xətti ilə Qazaxıstanda yanvarın 10-da keçiriləcək parlament seçkilərini müşahidə edəcək nümayəndə heyətinin üzvü, millət vəkili Naqif Həmzəyev deyib.

Millət vəkili qeyd edib ki, Türkiyə və Azərbaycandan olan parlamentarilərin, eləcə də TÜRKPA Katibliyinin diplomatik heyətinin daxil olduğu TÜRKPA beynəlxalq müşahidəçilər missiyası səfər çərçivəsində bir sıra görüşlər keçirib, seçkilərlə bağlı yaradılmış şəraitlə yaxından maraqlanıblar: ”Qazaxıstan Respublikası Parlamenti Senatının Sədri cənab Maulen Aşimbayev, Qazaxıstan Respublikasının Xarici İşlər Nazirinin birinci müavini Şaxrat Nurışev, Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyasının Sədri Berik İmaşev, “Nur Otan”, “Ak Jol”,“Auıl”, “Qazaxıstan Xalq Partiyası” və “ADAL” partiyalarının nümayəndələri ilə görüşlər keçirdik. Seçkiyə hazırlıq mərhələsinin dünyanı çənginə alan koronavirus pandemiyasının qaydalarına uyğun hazırlandığının şahidi olduq. Parlament seçki islahatlarının uğurlu olacağına ümid var”.

Ölkədə seçkiöncəsi vəziyyətin sabit olduğunu qeyd edən millət vəkili onu da bildirib ki, Qazaxıstanda parlament seçkilərini izləmək üçün gələn TÜRKPA beynəlxalq müşahidəçiləri seçki günündən sonra mətbuat konfransı keçirəcək.

Photogallery

8q 6q 1q 5q 7q