Çərşənbə günü 20 Yanvar 2021

QARABAĞ AZƏRBAYCANDIR!

Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı mütamadi olaraq şəhid ailələrini ziyarət edir

Sənubər Qocayeva - 06/01/2021

Ərazi bütövlüyümüzün bərpa olunması yolunda müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şanlı zəfər tariximizi yazdı. Zəfərimiz mətanətimizi, birliyimizi və həmrəyliyimizi dünyaya bir daha sübut etmiş oldu. İndi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda yeni mühüm vəzifələr durur. Həmin vacib vəzifələrdən biri şəhid ailələri və qazilərimizə yüksək dəstəyi təmin etmək, onları daimi diqqət və qayğı ilə əhatə etməkdən ibarətdir. Artıq bu istiqamətdə ölkə ərazisində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev mütəmadi olaraq rayon ərazisindəki şəhid ailələri və vətən müharibəsi qazilərinin ailələrinə ziyarəti həyata keçirir. RİH başçısı sözügedən ziyarətlərdə vətəndaşlara ölkə və şəhər rəhbərliyinin diqqət və qayğısını çatdırıb, onların gündəlik problemləri ilə maraqlanıb. Şəhid ailələrinə və qazilərə ərzaq sovqatları təqdim olunub.
 
Nizami Hacıyev qeyd edib ki, Azərbaycan dövləti hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərib və bu gün də qayğını davam etdirir: “Şəhidlərimizin, qazilərimizin keçdiyi döyüş yolu, qəhrəmanlıqları gələcək nəsillər üçün nümunədir və onların vətənpərvərlik ruhunun inkişafına verdikləri tövfədir. Onlar hər birimizin qürur mənbəyimizdir. Biz onlara hər cür dəstəyi göstərməyə hazırıq.” RİH başçısı şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə isə şəfa diləyib.
 
İstər zəfərini qazandığımız vətən müharibəsində, istərsə də mübarizəmizi davam etdirdiyimiz pandemiya dövründə dövlətimiz aztəminatlı ailələri və tənha yaşayan ahılları diqqətdə saxlayır. Bu məqsədlə Gəncə Şəhər İcra Hakimiyyətinin və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xüsusi karantin rejimi müddətində aztəminatlı ailələrə ərzaq yardımları paylanılıb.