Çərşənbə axşamı 1 Dekabr 2020

QARABAĞ AZƏRBAYCANDIR!

Birinci vitse-prezident Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib

Sənubər Qocayeva - 21/11/2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib. Paylaşımda deyil:“Əziz həmvətənlər,
Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.