Çərşənbə axşamı 1 Dekabr 2020

Cəmiyyət

Gəncədə tibbi-profilaktiki tədbirlər davam edir

Gülnar Fazilqızı - 21/11/2020

Gəncə Şəhər İcra Hakimiyyəti koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirləri davam etdirir. Belə ki, şəhərdə mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən aparılan işlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları da cəlb olunurlar.

Şəhərin əsas küçə, prospekt və yolları su çiləyici avtomobillərin köməyi ilə xüsusi dezinfeksiyaedici məhlullarla yuyulur. Tibbi-profilaktiki tədbirlər qəsəbə və yaşayış massivlərində, park və meydanlarda, məhəllələrdə, çoxmənzilli binalar və digər ərazilərdə də aparılır.

Qeyd edək ki, Gəncədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.

Photogallery

IMG 20201119 112344 IMG 20201119 112630 1 IMG 6361 IMG 6358