Çərşənbə axşamı 1 Dekabr 2020

Təhsil

Tətil dövründə dərslər davam etdiriləcək

Surxay Məmmədzadə - 18/11/2020

Oktyabrın ortalarından noyabrın 2-dək şagirdlər üçün iki həftəlik tətil elan edilmişdi. Ona görə də ənənəvi tətil dövründə dərslər davam etdiriləcək.

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, indi hər kəs böhranlı vəziyyəti bacardıqca səmərəli idarə etməyə çalışmalıdır.

E.Əmrullayev əlavə edib ki, postpandemiya dövründə artıq mövcud boşluqlar düzgün qiymətləndiriləcək və yaranan boşluqların doldurulması üçün müxtəlif üsullardan - yay proqramları, şənbə dərsləri və başqa formatdan istifadə ediləcək.