Cümə günü 15 Yanvar 2021

QHT

'İctimai nəzarət qrupları' Gəncədə fəaliyyətə başlayıblar

Gülnar Fazilqızı - 06/11/2020

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik istiqamətində fəaliyyəti” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Gələcəyə Körpü GİB-nin üzvlərindən ibarət İctimai Nəzarət qrupları əhali, xüsusilə gənclər arasında maarifləndirmə aparırlar.

Məlum olduğu kimi, Azərbaycan işğalçı Ermənistan ordusu ilə yanaşı, gözəgörünməz düşmən olan COVİD-19 pandemiyası ilə də mübarizə aparır. İctimai Nəzarət qrupları arxa cəbhədə əhalinin hər iki mövzuda maarifləndirilməsinə dəstək olurlar. Belə ki, onlar şəhər sakinlərini sadəcə COVİD-19 pandemiyası və ondan qorunmağın yolları barədə deyil, həmçinin vətənpərvərlik, dezinformasiyanın və düşmən təxribatlarının yayılmasının qarşısının alınması, hərbi sirlərin yayılmasının ordumuz üçün törədə biləcəyi təhlükələr barəsində də maarifləndirirlər.

Söhbət aparılan sakinlərə Azərbaycan Respublikasının üş rəngli dövlət rəmzi də təqdim edilir. 

Qeyd edək ki, İctimai nəzarət qrupları Bakı və Gəncə ilə yanaşı, ölkənin daha 14 şəhər və rayonunda fəaliyyət göstərirlər. 

Photogallery

FB IMG 1604654615610 FB IMG 1604654617804 FB IMG 1604654619982