Şənbə 28 Noyabr 2020

Cəmiyyət

Gəncədə mobil qruplar 'COVİD-19'-a qarşı maarifləndirmə tədbirlərini davam etdirirlər

Gülnar Fazilqızı - 28/10/2020

Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq kompleks tədbirlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində maarifləndirmə işləri aparırlar.

Onlar mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, market və mağazalarda, geyim dükanlarında və əhalinin sıx toplaşdığı digər ərazilərdə  fərdi qaydada izahetmə işləri həyata keçirirlər. Əhaliyə ehtiyyatlı davranaraq tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamaq tövsiyə olunur. Vətəndaşlara sanitar-gigiyenik normalara əməl edilməsinin vacibliyi xatırladılaraq, sakinlərə üzərində COVID-19 infeksiyasından qorunma yollarının əks olunduğu bukletlər də paylanılır.

Qeyd edək ki, Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.

Photogallery

IMG 20201027 WA0025 IMG 20201027 WA0024 IMG 20201027 WA0026 IMG 20201028 WA0051 IMG 20201028 WA0052 IMG 20201027 WA0023 IMG 20201028 WA0054

Ən çox oxunan