Çərşənbə axşamı 1 Dekabr 2020

QARABAĞ AZƏRBAYCANDIR!

Gəncə hadisələri ilə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyi önündə guşə yaradılıb

Surxay Məmmədzadə - 24/10/2020

Ermənistan tərəfindən gecə vaxtı Gəncə şəhərinin sıx məskunlaşmış ərazilərinin qadağan olunmuş raketlərlə atəşə tutulması və digər şəhərlərimizdə mülki əhalinin hədəfə alınması ilə bağlı məlumatların Bolqarıstan ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyinin önündə Gəncə hadisələri nəticəsində həlak olmuş insanları yad etmək məqsədilə guşə yaradılıb.

Səfirliyin inzibati binasının divarlarına Ermənistan tərəfindən mülki əhaliyə təcavüzü əks etdirən şəkillər yerləşdirilib.

Türkiyənin Bolqarıstandakı səfiri Aylin Sekizkök və səfirliyin əməkdaşları sözügedən guşəni ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra səfirlikdə çay süfrəsi ətrafında qarşı tərəfə ölkəmizdə baş verən son hadisələr və Ermənistanın mülki əhaliyə xain hücumları müzakirə edilib.

Bolqarıstan Müsəlmanları Ali İslam Şurasının sədri Vedat Əhməd başda olmaqla Bolqarıstan Müsəlmanlar Dəyanəti Baş Müftiliyinin əməkdaşları guşəni ziyarət edərək həlak olanların ruhuna dualar oxuyublar. Bundan əlavə, Bolqarıstanda yaşayan diaspor nümayəndələrimizin və yerli mətbuatın iştirakı ilə anım mərasimi təşkil olunub. Mərasimdə Pakistanın Bolqarıstandakı səfirliyinin müşaviri və ölkəmizə dost münasibət bəsləyən bolqarlar da iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Bildirib ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ bölgəsindən əlavə, ətrafda yerləşən və ermənilərin heç yaşamadığı yeddi rayonu da işğal ediblər. Həmin ərazilərdə Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə, habelə qeyri-qanuni məskunlaşma siyasəti aparılıb. Ermənistan ordusu Azərbaycan kəndlərinə və mülki əhalisinə daim atəş açır və Gəncə hadisələri buna əyani sübutdur.

Səfir bolqar mətbuatını XXI əsrdə insanlıq əleyhinə törədilmiş bu cinayətə göz yummamağa səsləyib.

Bolqarıstanda yaşayan Azərbaycan icmasının nümayəndələri və ölkəmizə dost münasibət bəsləyən bolqarlar da yerli mətbuata müsahibələr verərək bu hücumları qəti şəkildə pisləyiblər. Tədbiri Bolqarıstan Milli Televiziyası, Bolqarıstan Milli Radiosu, “Nova” televiziya kanalı, “Eurocom” “Alfarss”, “Focus-News”, “Standart”, “Novinata” və “Fakti” xəbər portalları işıqlandıraraq xəbərlər yayımlayıb və məqalələr dərc ediblər.

Photogallery

16034911351398238363 1000x669 16034911354138563494 1000x669 1603491135322517110 1000x669 1603491135338222349 1000x669 16034911355205020352 1000x669