Çərşənbə axşamı 1 Dekabr 2020

Siyasət

Türk Şurasının Baş katibi Gəncəyə gəlib

Gülnar Fazilqızı - 20/10/2020

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, onun müavini Qismət Gözəlov və Xarici İşlər Nazirliyinin (XİN) ikinci Avropa idarəsinin rəisi İlqar Muxtarov Gəncə şəhərinə səfər ediblər. Onlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birlikdə Ermənistan Silahlı Qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baş çəkiblər. Bağdad Amreyev və digərləri vəziyyətlə yerində tanış olublar.

Photogallery

1603182164475 IDsRNvFz 1603182163698 MSRoSUwr