Cümə axşamı 29 Oktyabr 2020

Cəmiyyət

Gəncədəki Rus Pravoslav kilsəsində erməni terrorunun qurbanları anılıb

Gülnar Fazilqızı - 15/10/2020

Aleksandr Nevski Rus Pravoslav kilsəsində Ermənistan Silahlı Qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan dinc sakinlərin xatirəsi anılıb. Mərasimdə kilsənin baş keşişi Varfolomey Denis Sotnikov Azərbaycan şəhidlərinin və həlak olan mülki fətəndaşların ruhuna dualar oxuyub, Azərbaycan Ordusuna qalibiyyət arzulayıb.

Qeyd edək ki, bu il oktyabrın 4-dən Erməsitan Gəncəni raket atəşinə tutur. Oktyabrın 11-də Ermənistanın Gəncəni növbəti dəfə raket atəşinə tutması nəticəsində şəhərinin mərkəzində olan çoxmənzilli yaşayış binaları dağılıb, 10 dinc sakin həlak olub, 40-dək şəxs yaralanıb. Hadisə nəticəsində 3 azyaşlı hər iki valideynini itirib.

Gəncənin raket atəşinə tutulması nəticəsində Aleksandr Nevski Rus Pravoslav kilsəsinə də ziyan dəyib.

Photogallery

G72A4618 G72A4605