Cümə axşamı 29 Oktyabr 2020

Hadisə

Erməni vandallığı: Gəncədəki tarixi abidə və dini məbədlərə ziyan dəyib

Gülnar Fazilqızı - 10/10/2020

İki əsrdən artıqdır Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı yüzillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimizdir. Ermənistan uzun illərdir ki, Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə yönələn əməllər törədir. Real tarixdə izi olmayan bir “xalq”dan başqa nə gözləmək olar ki?!

Təəssüflər olsun ki, bu gün erməni barbarlığı və vandallığından əziyyət çəkən təkcə “əsirlikdə” olan tarixi abidələrimiz deyil. Məlum olduğu kimi, Azərbaycan cəbhədə uğurlu əks-hücum əməliyyatları aparır. Belə bir vaxtda döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncə də Ermənistan ərazisindən raket atəşinə tutulub. Bunun nəticəsində bir nəfər mülki şəxs həlak olub, 30-dan çox dinc sakin müxtəlif dərəcəli bədən xəsarəti alıb, şəhərin infrastrukturuna böyük ziyan dəyib. Lakin “yaralanan” təkcə mülki şəxslər deyil. Ermənistan tərəfinin atdığı raket zərbələri zamanı Gəncədə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələr, dini məbədlər də zərər görüblər.

Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində “İmamzadə” Dini-Memarlıq Abidə Kompleksi zərər görüb.

Vaxtı ilə “Kişi gimnaziyası” kimi fəaliyyət göstərən, hazırda isə ADAU-nun istifadəsində olan yerli əhəmiyyətli tarixi abidə hesab edilən bina da raket zərbəsinin təsirindən yayına bilməyib.

Gəncədəki Aleksand Nevski Rus Pravoslav Kilsəsi də erməni vandalizminin hədəfinə çevrilib.

Göründüyü kimi Ermənistan tərəfi nə tarixi, nə mədəni, nə də dini dəyərlərə məhəl qoyur. Əslində təccüblü də deyil. Bir millətin ki, min illər vahid coğrafiyası olmaya, qaraçı tayfası kimi gah o yana, gah bu yana gəzə... Bu millət hansı tarixdən, hansı mədəniyyətdən, hansı milii və dini dəyərlərdən danışa bilər ki?!...

Photogallery

IMGL0147 IMGL0159 IMGL0165 IMGL0182 IMGL0215 IMG 4885 IMG 4998 IMG 4889