Cümə axşamı 29 Oktyabr 2020

Təhsil

DİM: “Abituriyent” jurnalının xüsusi buraxılışı təqdim edilib

Surxay Məmmədzadə - 07/10/2020

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini dərc edib.

DİM-dən bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və sair məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).