Bazar günü 25 Oktyabr 2020

QHT

Şuranın dəstəyi ilə Gəncədə yardım mərkəzinin fəaliyyəti yekunlaşır

Surxay Məmmədzadə - 07/10/2020

"Təmas" Regional İnkişaf İctimai Birliyinin “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi» layihəsinin icrası davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi ŞurasınınAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə elan etdiyi müsabiqədə “Təmas” Regional İnkişaf İctimai Birliyinin “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi» layihəsinin icrası davam edir.
Layihənin məqsədi Azərbaycanın qərb bölgəsində  insan alveri qurbanları və potensial qurbanlara mütəmadi yardımların təmin olunması  “İnsan alveri qurbanları  və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagının)”  fəaliyyətiin dəstəklənməsidir.

Layihənin rəhbəri Südabə Məmmədova qeyd etdi ki, layihənin icrası dövründə Mərkəz - sığınacaqdan 113 nəfər qadın və uşaq yararlandı. Bundan 5 nəfər insan alverinin qurbanı, 108 nəfəri isə insan alverinin potensial qurbanları idi. Onlardan 54 nəfəri qadın, 59 uşaq (28 qız, 31 oğlan) oldular. Mərkəzə müraciət edən və ya istiqamətləndirilən insan alveri və insan alverinin potensial qurbanlarının təhlükəsizliyi təmin olunub, ilkin ehtiyacları ödənilib, həmçinin tibbi müayinəyə istiqamətləndirilibdir. Bununla yanaşı mərkəzdə həssas vəziyyətə düşən , çətin həyat şəraitində yaşayan qadın və uşaqlara sosial – psixoloji xidmətlər göstərilib. Ehtiyacı olanlar hüquqi yardımla təmin olunub, iddia ərizələri tərtib olunubdur. Köməksiz və təhlükəli vəziyyətdə olan qadın və uşaqlar təhlükəsiz sığınacaqla təmin edilib, ehtiyacları ödənilib. Təhsildən yayınmış uşaqlar təhsilə bərpa olunub, məktəbyaşına çatmamış uşaqlar isə uşaq baxçalarına istiqamətləndiriliblər. Layihə rəhbəri onu da əlavə etdi ki. Mərkəz AR DİN İAQMBİ, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıiyinin Dövlət Sosial Fondu yanında “İnsan alveri Qurbanlarına Yardım Mərkəzi”, Gəncə şəhər və ətraf rayonların yerli İcra hakimiyyəti və hüquq mühafizə orqanları, Səhiyyə və Təhsil idarələri ilə sıx əməkdaşlıq edir.

Məlumdur ki, ölkədə artıq xeyli müddətdir ki, xüsusi karantin rejimi elan olunmuşdur. Bununla bağlı sakinlər mütəmadi məlumatlandırılıb. Xüsusi vəziyyəti nəzərə alaraq sığınacaq sakinlərinin təhlükəsizliyini qorumaq üçün dezenfeksiyaedici materiallar, spirt tərkibli məhlullar və maskalarla təmin ediliblər.