Cümə axşamı 29 Oktyabr 2020

Sosial

Gəncədə 500 aztəminatlı ailəyə ərzaq yardımı paylanılıb

Gülnar Fazilqızı - 26/09/2020

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, "PASHA Holding"in təşkilatçılığı ilə aztəminatlı ailələr üçün sosial aksiya keçirilib. Aksiya zamanı Gəncə şəhərində yaşayan 500 aztəminatlı ailəyə baş çəkilib, onlara, daxilində gündəlik istifadə olunan müxtəlif məhsullarından ibarət, ərzaq “səbəti” təqdim olunub.

"Biz birlikdə güclüyük!" devizi altında həyata keçirilən sosial aksiya Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb.

Qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi baxımından əhəmiyyətli olan bu qəbildən aksiyalar sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələri qayğı ilə əhatə etmək, onların yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır.

Photogallery

WhatsApp Image 2020 09 26 At 13.05.33 WhatsApp Image 2020 09 26 At 13.07.18 WhatsApp Image 2020 09 26 At 13.07.19 WhatsApp Image 2020 09 26 At 13.06.07 WhatsApp Image 2020 09 26 At 13.05.30