Bazar günü 25 Oktyabr 2020

Cəmiyyət

Gəncənin icra başçısı vətəndaşların müraciətlərini onlayn qaydada dinləyib

Sənubər Qocayeva - 23/09/2020

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib. Qəbulda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər. Pandemiya dövrü ilə əlaqədar olaraq bu dəfə də görüş video-formatda keçirilib.

Qəbula yazılan vətəndaşların səsləndirdikləri müraciətlər əsasən işlə təminat, fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin sənədləşməsi, torpaq sahəsi ilə təminat, xəstəliklə əlaqədar olaraq müalicə  və digər məsələlərdən ibarət olub.

Müraciətləri dinləyən Niyazi Bayramov səlahiyyətlərinə aid olan məsələləri nəzarətə götürüb, səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı qurumlara ünvanlanmaq üçün qeydiyyata alınıblar. Vətəndaşlar səmimi qəbula görə Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısına öz minnətdarlıqlarını bildiriblər. 

Sonda şəhər rəhbəri qeyd edib ki, yaranmış pandemiya şəraitindən irəli gələrək sakinlərin sağlamlığının qorunması məqsədi ilə vətəndaşların qəbulu onlayn qaydada mütamadi olaraq davam etdirləcəkdir.  

Photogallery

8f6c4910 7e61 4e17 923c 6e2e2e946be0 18daa327 1a6f 4898 Ab0a 2e1c10700f10 371d2dad 9fd3 4a99 B000 94c7abcf4c4e 1 4bf4be56 C2e9 465e 95a8 198652f4a135 Dbf6ecf1 3ffb 426f Aabf C25de44168ab