Cümə axşamı 29 Oktyabr 2020

Sosial

İki il əvvəl partlayış zamanı dağılan binanın yerində inşa edilən yeni binaya qaz verildi

Gülnar Fazilqızı - 21/09/2020

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, sentyabrın 18-də həmin binaya qaz verilişi təmin edilib.

Gəncə şəhərində 2018-ci ilin noyabr ayında qaz sızması nəticəsində partlayış baş verən binanın yerində yeni bina inşa olunaraq 4 ay əvvəl sakinlərin istifadəsinə verilib. Lakin bina bu müddət ərzində müəyyən sənədləşdirmə prosedurları icra edildiyindən qazlaşdırılmamışdı.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, sentyabrın 18-də həmin binaya qaz verilişi təmin edilib. Şahlar Hüseynov 13 A ünvanında yerləşən binadakı 50 mənzilin hər birinə qaz xətləri çəkilib, məişət sayğacları quraşdırılıb. Qaz çəkilişlərini xüsusi icazəsi olan tikinti şirkəti (podratçı təşkilat) aparıb. İşin standartlara və təhlükəsizlik qaydalarına uyğun icrasına isə daim “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsi nəzarət edib.

Onu da qeyd edək ki, son günlər bu binada yaşayan sakinlərin narahatlığını nəzərə alaraq “Azəriqaz” qazlaşma işlərinin sürətləndirilməsi və digər qurumlarda sənədlərin yoxlama prosesinin tezləşdirilməsinə çalışıb. “Azəriqaz” İstehsalat Birliyinə yekun açılışa hazırlıqla bağlı rəy məktubu daxil olan kimi, elə həmin gün də binanın qazla təminatı həyata keçirilib.

Photogallery

Bd754253 Abd2 3663 A958 927876ea6d47 1024x576 Fee9c38f 9d08 3695 8201 9cb9c1a54a45 1024x576 A0783b2d 1fd8 3c26 A633 20158bbb779a 1024x576