Cümə axşamı 29 Oktyabr 2020

Təhsil

Gəncədə 650 baldan yuxarı nəticə göstərənlər mükafatlandırıldılar

Surxay Məmmədzadə - 19/09/2020

Yeni Azərbaycan Partiyası Gəncə şəhət Təşkilatında 2020-2021-ci tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Gəncədən olan digər millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda yüksək nəticə göstərmiş məzunlarla görüşüblər.

650 baldan yuxarı nəticə göstərən məzunlarla görüşdə bildirilib ki, təhsil cəmiyyətin inkişafını təmin edən əsas sahədir. Tədbirdə bu il Gəncə şəhəri üzrə yüksək bal toplayan 8 gəncə fəxri fərman və hədiyyələr təqdim olunub. Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təhsil sahəsinə xüsusi diqqət yetirirlər. Heydər Əliyev Fondunun xətti ilə icra olunan layihə və proqramlar çərçivəsində ölkədə yeni məktəb binaları tikilir, məktəbəqədər təhsil müəssisələri təmir olunaraq müasir avadanlıqlarla təchiz edilir. Bütün bunlar şagirdlərin yüksək səviyyədə təhsil almaları, elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Gəncə təhsilində qazanılan nailiyyətlər də göstərilən bu diqqət və qayğının nəticəsidir. Tədbirin sonunda millət vəkilləri gənclərlə xatirə şəkili çəkdiriblər.

Photogallery

4d2820a8 716e 4469 Ad02 38483c21bfcb 1024x682 0503b20f 551c 4c88 8cbd Ef9e58af0c4a 1024x682 1227c690 9fb2 4a24 Ae00 De552ef1d393 1024x682 A4e41c9b F38d 4ec4 96ce Fa4d52ca6789 1024x682 27763423 69a5 48d0 968f 08696fd77c09 1024x682 B43de27f A235 4886 825b F7e0d4febba8 1024x682 2553b4d9 Dec5 401b B42e F6899eef3a16 1024x682 Ed4bf74c D70b 4bbb 847f 411d0c12ae2e 1024x682