Cümə axşamı 29 Oktyabr 2020

Cəmiyyət

Gəncədə Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılovla onlayn görüş keçirilib

Gülnar Fazilqızı - 19/09/2020

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı Fransa Müqavimət Hərəkatının nümayəndəsi, partizan, II Dünya müharibəsinin iştirakçısı Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılovla onlayn görüş keçirib. Onlayn görüş Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi münasibətilə təşkil olunub.

Gəncə MKS-nin əməkdaşı Mirvari Cəfərova tədbiri açıq elan edərək, iştirakçıları salamlayıb. O, Əhmədiyyə Cəbrayılovun həyatı, müharibə illərində göstərdiyi şücaətlər haqqında iştirakçılara qısa məlumat verib.

Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev Əhmədiyyə Cəbrayılov haqqında yüksək fikirlərdə olduğunu bildirmiş və onun haqqında belə demişdir: “Əhmədiyyə Cəbrayılov qoçaq adam olub, əsl qəhrəmandır, onun xatirəsini mütləq yaşatmaq lazımdır”.

Daha sonra Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov atası haqqında, atasının cəbhə yoldaşlarının onun qəhrəmanlıqları haqqında söylədikləri xatirələrdən danışıb.  Cavanşir Cəbrayılov təsisçisi və direktoru olduğu Əhmədiyyə Cəbrayılovun Xatirə Muzeyində yerləşən eksponatlar, atasına aid əşyalar, şəkillər haqqında iştirakçılara məlumat verib.

 

Photogallery

119637139 2200988660047385 6786437637861028820 O 119668523 2200988670047384 5530499662874361200 O 119681655 2200988520047399 2991404968376610237 O 119681720 2200988986714019 4993377383637838893 O 119727671 2200988990047352 8292367990569970749 O